Putin Paşinyanı, Paşinyan isə Zelenskini təbrik edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Ukraynadakı səfirliyi məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşıdan gələn bayramlar münasibətilə təbrik məktubu göndərib.
“Ümid edirəm ki, qarşıdan gələn ildə bütün dünyada sülh və həmrəylik hökm sürəcək. Sabitlik şəraitində birgə addımlar sayəsində biz qarşılıqlı münasibətlərə əsaslanan hörmət və Ermənistan və Ukrayna xalqlarının mənafeyi naminə Ermənistan-Ukrayna dövlətlərarası münasibətlərinin gələcək inkişafına yeni təkan verə biləcəyik.
Sizə, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı və uğurlar, dost Ukrayna xalqına davamlı sülh və sabitlik diləyirəm”, – təbrikdə deyilir.
Eyni zamanda, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Baş nazir Nikol Paşinyana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli Nikol Vovayeviç,
Səmimi Yeni il və Milad təbriklərimizi qəbul edin.
Qarşıdan gələn il Rusiya və Ermənistan üçün yubileyə çevrildi. Biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi imzalanmasının 25 illiyini qeyd etdik.
Vacibdir ki, rəsmi səfəriniz zamanı ikitərəfli alyansın strateji istiqamətini konsolidasiya etmək, müxtəlif sahələrdə tərəfdaşlığın gələcək inkişafı üçün addımları müəyyən etmək mümkün olmuşdur.
Mən ikitərəfli və regional gündəlikdəki aktual məsələlər üzrə dialoqumuzu və konstruktiv birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, qardaş Ermənistan xalqına isə sülh və firavanlıq arzulayıram”.
Xuraman Etibarlı,
KONKRET.az