Mariana Vasilevanın vəzifədən azad olunması ilə bağlı qəfil xəbər – Vətəndaş qəbulunu yarımçıq tərk edibbackend

Mariana Vasilevanın vəzifədən azad olunması ilə bağlı qəfil xəbər - Vətəndaş qəbulunu yarımçıq tərk edib

Xəbər verdiyimiz kimi, gənclər və idman nazirinin müavini Mariana Vasileva tutduğu vəzifədən azad olunub. 

KONKRET.az xəbər verir ki, “Unikal”M.Vasilevanın işdən azad olunması ilə bağlı bəzi məqamları əldə edib. Belə ki, o, bu gün gənclər və idman naziri Fərid Qayıbovla birgə Şamaxı və Qobustan rayon sakinləri ilə görüşdə iştirak edib. Vətəndaşlarla görüşdə olan zaman M. Vasilevaya zəng gəlib və ölkə başçısı tərəfindən işdən azad olunduğu bildirilib.

Bu xəbəri məyusluqla qarşılayan xanım Vasileva Bakıya geri dönməli olub.

Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*