Mariya Stadnikin ilk rəqibi bəlli oldubackend

Mariya Stadnikin ilk rəqibi bəlli oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

KONKRET.az xəbər verir ki, hər üç təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik rusiyalı Stalvira Orşuşla, 65 kq-da mübarizə aparan Əliyev seneqallı Adama Diatta ilə, 97 kq çəkidəki Şərifov isə Rusiya Olimpiya Komitəsini təmsil edən Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.

Qeyd edək ki, hər 3 güləşçi yarışa sabah qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*