Mariya Zaxarova NATO-nun ittihamına cavab verdibackend

Mariya Zaxarova NATO-nun ittihamına cavab verdi

NATO Rusiyanı aqressiv davranışda ittiham edərək Estoniyada hərbi təlimlər keçirir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Estoniyadakı səfirliyi Estoniya Müdafiə Qüvvələri və ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin birgə təlimlərini elan edib:

“Pentaqonun döyüş oyunlarında bu ölkə (Estoniya) sərhədlərimizdə NATO körpüsündən başqa bir şey deyil. Silahlı qüvvələrin qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə yönəlmiş bu tədbirlər başqa heç bir məqsəd daşımır və daşıya da bilməz.

Belə təlimlərin keçirilməsi NATO-nun Rusiya yaxınlığında süni şəkildə gərginlik yaratmaq niyyətini təsdiqləyir. İndi mən bilmək istərdim ki, NATO-nun baş katibi bu cür hərəkətləri necə şəffaf, proqnozlaşdırıla bilən və qeyri-aqressiv hesab edir?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*