Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Kulebanın və hökumətdəki digər istefaları payız yarpaqlarının tökülməsi kimi şərh edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri o mediaya müsahibəsində deyib:
“Görürsən, Ukraynada bütün hökumət yıxılıb, bu nə deməkdir, yarpaqlar tökülür, budaqlar ifşa olunur”.
Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna xarici işlər naziri Dmitri Kuleba istefa verib.Ali Radanın sədri Ruslan Stefançuk sosial media hesabında paylaşım edərək bildirib ki, o, nazirin istefa ərizəsini alıb.
Ərizəyə plenar iclasların birində baxılacaq. Ali Radanın sədri qeyd edib ki, ötən gün də Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər.
Aygün,
KONKRET.az