Markov: “Azərbaycan Ordusu bütün Qarabağı tam nəzarətə götürə bilər”backend

Markov: "Azərbaycan Ordusu bütün Qarabağı tam nəzarətə götürə bilər"

“Azərbaycan Ordusu Ermənistan Ordusundan qat-qat güclüdür və bütün Qarabağı tam nəzarətə götürə bilər”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. O bildirib ki, Azərbaycan Ordusu Qarabağı tam nəzarətə götürə bilər.

“Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclüdür. 2 il yarımdan sonra 5 illik Soçi razılaşması başa çatacaq və o zaman Azərbaycan Ordusu bütün Qarabağı güc yolu ilə tam nəzarətə götürə bilər.

İrəvan Rusiya və KTMT-ni Ermənistan uğrunda vuruşmağa məcbur etməyə çalışırdı. Amma uğursuz oldu.

Ona görə də Paşinyan Qarabağın Azərbaycanın olduğunu etiraf etməyə hazırdır. Amma Paşinyan sadəcə olaraq Qarabağı Azərbaycana təslim etdiyi təqdirdə  devrilməkdən və ya öldürülməkdən qorxur”, – Markov deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*