Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlərbackend

Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər

2025-ci ilin mart ayında Yer kürəsini müxtəlif intensivlikdə bir sıra maqnit qasırğaları əhatə edəcək.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yazın ilk ayında həm zəif geomaqnit pozğunluqları, həm də günəş aktivliyinin güclü partlayışları gözlənilir ki, bu da meteohəssas insanların rifahına və peyk sistemlərinin işinə təsir göstərə bilər.

Konkret.az Lent.az-a istinadla xəbər verir ki, proqnozu ABŞ-ın Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi yayıb.

Alimlərin məlumatına görə, geomaqnit aktivlik dalğalarda özünü göstərəcək və pik dəyərlər təhlükəli həddə çatacaq.

2025-ci ilin mart ayı üçün maqnit qasırğası təqvimi:

* 7-8, 16-18 mart – zəif maqnit pozğunluqları gözlənilir ki, bu da kosmik hava şəraitində dəyişikliklərə həssas olan insanlar üçün kiçik narahatlıq yarada bilər.

* 1, 9, 15, 26-28 mart – meteohəssas insanlarda rifah halına təsir edə bilən, baş ağrıları və ümumi zəiflik yarada bilən orta geomaqnit aktivliyi.

* 12-14 mart – güclü maqnit qasırğası proqnozlaşdırılır ki, bu da təkcə sağlamlığa deyil, həm də naviqasiya və radiorabitə sistemlərinin işinə təsir göstərə bilər.

Mütəxəssislər bu dövrlərdə diqqətli olmağı, istirahətə fikir verməyi, stressdən uzaq durmağı və mümkünsə fiziki fəaliyyəti məhdudlaşdırmağı tövsiyə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*