Martın son günlərində gözlənilməz qərarlar, ani dəyişikliklər və taleyüklü fürsətlər bir çox bürcün həyatında dönüş nöqtəsi yarada bilər. Bu həftə kim risk edəcək, kim qazanacaq – cavablar isə ulduzlarda gizlidir.
KONKRET.az bürc proqnozunu təqdim edir:
Qoç – Risk edən qazanır!
Bu həftə sənin üçün qərar həftəsidir. Uzun zamandır düşündüyün addımı atmaq üçün doğru vaxt yetişdi. İşdə ani fürsət çıxa bilər – tərəddüd etmə.
Buğa – Səbrin meyvəsi yetişir!
Sakit və stabil görünən həyatında kiçik, amma vacib dəyişikliklər başlayır. Maddi mövzularda sevindirici xəbər ala bilərsən.
Əkizlər – Sözlərinlə qapıları açacaqsan!
Ünsiyyət bacarıqların bu həftə səni önə çıxaracaq. Yeni tanışlıqlar gələcək üçün önəmli rol oynaya bilər.
Xərçəng – “Keçmişlə hesablaşma zamanıdır!
Köhnə mövzular yenidən gündəmə gələ bilər. Duyğusal qərarlar verməzdən əvvəl yaxşı düşün.
Şir – Səhnə yenə sənindir!
Diqqət mərkəzində olacaqsan. Həm işdə, həm də sosial mühitdə liderlik qabiliyyətin parlayacaq.
Qız – Detallar səni zirvəyə aparacaq!
Planlı hərəkət edənlər qazanacaq. İş və təhsil sahəsində uğur sənin tərəfdədir.
Tərəzi – Balans pozulur, amma xeyrinə!
Gözlənilməz hadisələr səni yeni istiqamətə yönəldəcək. Sevgi həyatında sürpriz var.
Əqrəb – Gizli planlar üzə çıxır!
Ətrafında olan bəzi həqiqətləri görəcəksən. Bu, səni daha güclü edəcək.
Oxatan – Sərhədləri aşmaq vaxtıdır!
Yeni layihə və ya fərqli bir qərar gündəmdədir. Riskli addım uğur gətirəcək.
Oğlaq – Zəhmətin qarşılığı gəlir!
Uzun müddət çəkdiyin əziyyətin nəticəsini görəcəksən. Karyerada yüksəliş ehtimalı böyükdür.
Dolça – Fərqliliyini göstər!
Yaradıcı ideyalarınla diqqət çəkəcəksən. Texnologiya və sosial sahədə uğur mümkündür.
Balıqlar – Hisslərin sənə yol göstərəcək!
İntuisiyan güclənir. Düzgün qərar vermək üçün iç səsinə güvən.
Dəniz Pənahova
KONKRET.az
