Masallıda ağır qəza – Ölən və yaralılar varbackend

Masallıda ağır qəza - Ölən və yaralılar var

Dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi “VAZ-21011” markalı və Q.Məmmədlinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, nəticədə Y.Cəlilov hadisə yerində ölüb, “VAZ 21011” markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*