Masallıda ikimərtəbəli ev külə döndübackend

Masallıda ikimərtəbəli ev külə döndü

Masallı rayonunda ikimərtəbəli ev yanıb.

KONKRET.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, yanğın rayonun Qasımlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 234 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 117 m²) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 57 m² sahədə, 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 117 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*