Masallıda mebel sexi yandıbackend

Masallıda mebel sexi yandı

Masallı rayonunda mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*