Masazırda ev qarət olundu – VİDEObackend

Masazırda ev qarət olundu - VİDEO

Abşeron rayonu, Masazır kəndi, Abdulla Şaiq 10 ünvanında ev qarət edilib.

KONKRET.az xəbər verir ki, sahibinin evdə olmadığını bilən şəxs və ya şəxslər evdən pulları oğurlayıblar.

Mənzil sahibi Ayaz Əliyevin sözlərinə görə, o, yoldaşı ilə rayondan qayıdanda mənzilin talan edildiyini görüb.

İddia olunur ki, mənzildən 12 min manat pul oğurlanıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*