Bərdədə “BMW” markalı avtomobil yanıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Elçin Sahib oğluna məxsus 90 LV 709 dövlət qeydiyyat nişanlı avtomobil anidən dayanacaqda alışıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. qafqazinfo.az