Mask AÇIQLADI: “Heç yerə getməyəcəm”backend

Mask AÇIQLADI: "Heç yerə getməyəcəm"

Tesla-nın baş direktoru İlon Mask Bloomberg İqtisadi Forumunda çıxışı zamanı şirkətin sükanı arxasında qalacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, qarşıdakı beş il ərzində də “CEO” olaraq fəaliyyətini davam etdirəcəyini bildirib.

Mask, həmçinin nəhəng kompensasiya planının pul deyil, strateji addım olduğunu vurğulayıb.

Bu açıqlama, “Wall Street” Jurnalının “Tesla yeni CEO axtarır” iddiasından bir neçə həftə sonra gəlib. Mask həmin xəbəri sosial mediada təkzib etmişdi.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*