Mask Baydeni günahlandırdı: “ABŞ-da bir müddətdir prezident yoxdur”backend

Mask Baydeni günahlandırdı: "ABŞ-da bir müddətdir prezident yoxdur"

Milyarder İlon Mask Amerikanın “New York Times” qəzetində dərc olunan “Amerikaya prezident lazımdırmı?” başlıqlı məqaləsinə öz münasibətini bildirib.

KONKRET.az xəbər verir ki, X şirkətinin baş direktoru öz postunda elə belə də deyib: “Bu, əsl sualdır… Çünki bir müddətdir ki, bizim prezidentimiz yoxdur”.

“Yaşlanmış prezidentin Ağ Evdə işləməsi son dərəcə təhlükəlidir”.

Ross Douthat tərəfindən yazılmış məqalədə 81 yaşlı ABŞ prezidenti Co Baydenin geri çəkilməli olduğu iddia edilib: “Bayden başqa bir namizədlə dəyişdirilməlidir, çünki yaşlı bir prezidentin ABŞ-da xidmət etməsi son dərəcə təhlükəli olardı”.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl Bayden və onun rəqibi, keçmiş ABŞ prezidenti Donald Tramp iyunun 27-də ilk dəfə canlı yayımda üz-üzə gəlib.

Baydenin debatdakı çıxışı böyük narahatlıq doğurub. Ağ Ev bu iddiaları rədd edib və Baydenin seçki marafonunu davam etdirəcəyini açıqlayıb.

CNN isə yazıb ki, Demokratlar Partiyasının yüksək vəzifəli şəxsləri Baydenin yarışdan geri çəkilməsini istəyirlər.

Adlarının açıqlanmasını istəməyən mənbələrə əsaslanan xəbərdə yüksək səviyyəli şəxslərin bazar günü Demokrat Partiyasının konqresmeni Hakeem Cefris keçirdiyi toplantıda bu yöndə fikirlərini açıqlayıb.

Bildirilib ki, Nümayəndələr Palatasının üzvləri Mark Takano, Adam Smit, Cim Himes, Co Morelle, Cerri Nadler və Syuzan Uild Baydenin getməsini istəyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*