Mask Trampın Twitter hesabını bərpa etdi – FOTObackend

Mask Trampın Twitter hesabını bərpa etdi - FOTO

Twitter-in rəhbəri İlon Mask ABŞ-ın 45-ci prezidenti Donald Trampın hesabını bərpa edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə sorğu keçirdikdən sonra məlumat verib. Sorğuda 15 milyon istifadəçi iştirak edib: 51,8% cənab Trampın geri qayıtmasının lehinə, 48,2% isə əleyhinə çıxıb.

“Xalq öz sözünü dedi. Trampın Twitter hesabı blokdan çıxarılacaq”, – deyə Mask tvitində yazıb.

Trampın özü səsvermənin nəticəsindən asılı olmayaraq Twitter-ə qayıtmaq fikrində olmadığını bəyan edib. O, Truth Social səhifəsində yazıb: “Müsbət səs verin, amma narahat olmayın, biz heç yerə getməyəcəyik. Truth Social-ın xüsusi yeri var”.

2021-ci ilin əvvəlində tərəfdarlarının Kapitoliyə hücumundan sonra Twitter Donald Trampın hesabını dayandırıb. Sosial şəbəkənin keçmiş rəhbərliyi hesab edirdi ki, ABŞ-ın 45-ci prezidentinin tvitləri insanları iğtişaşlara sövq edə bilər.

Günel Mikayılova,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*