Mayın 1-dən məktəblərdə yaz tətili başlayırbackend

Mayın 1-dən məktəblərdə yaz tətili başlayır

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.

Bu barədə KONKRET.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6may tarixinə təsadüf edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*