Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu oldubackend

Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu oldu

Fransa millisinin futbolçusu Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu olub.

KONKRET.az-ın məlumatına görə, Qətərdəki mundialda Polşa yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında dubl edən hücumçu şəxsi göstəricisini yaxşılaşdırıb.

Forvard bu qollardan 4-nə cari dünya çempionatında imza atıb. O, qrup mərhələsində Avstraliya yığmasını 1, Danimarkanı isə 2 dəfə cəzalandırıb.

Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda da 4 qol vurmuşdu.

Qeyd edək ki, Fransa millisi 1/4 finalda İngiltərə – Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*