Fransalı hücumçu Killian Mbappe 2022-ci il dünya çempionatının Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətləri zamanı azarkeşi topla vurub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, fransız hücumçunun zərbəsi qapıdan aralı keçərək azarkeşlərindən birinin başına dəyib.
Fanat bir müddət huşsuz vəziyyətdə qalıb. Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.