MDB Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalandıbackend

MDB Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalandı

Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

KONKRET.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda birlik ölkələrinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*