MDB ölkələrinin kəşfiyyat rəhbərləri Moskvada görüşəcəkbackend

MDB ölkələrinin kəşfiyyat rəhbərləri Moskvada görüşəcək

MDB ölkələrinin kəşfiyyat rəhbərləri Moskvada bir araya gələcək.

KONKRET.az-ın məlumatına görə, Birlik ölkələrinin təhlükəsizliyinin təşkili gələn həftə Rusiyanın paytaxtında müzakirə mövzusu olacaq.

“13 oktyabr 2021-ci ildə Moskvada Birliyin kəşfiyyat xidmətlərinin təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində qarşılıqlı əlaqələrinə dair MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşü keçiriləcək”, – deyə məlumatda bildirilir.

Məlumatı Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu yayıb.

Görüşdə Özbəkistan nümayəndə heyəti də iştirak edəcək.

Qarşıdakı tədbir çərçivəsində Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin müvafiq xidmətlərinin rəhbərləri ilə video konfrans keçirməyi planlaşdırır.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*