MDB Oyunları: Azərbaycan yığmasının final görüşü zamanı zalda işıqlar söndübackend

MDB Oyunları: Azərbaycan yığmasının final görüşü zamanı zalda işıqlar söndü

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında yarış vaxtı zalda işıq sönüb.

KONKRET.az xəbər verir ki, hadisə “Ak Bars Arena”da cüdo üzrə komanda mübarizəsində Azərbaycan və Özbəkistan arasındakı final görüşünə təsadüf edib.

63 kq çəki dərəcəsində Diana Şoranovanın Şukurcon Aminova ilə qarşılaşmasının gedişində bütün arenaya ani qaranlıq çöküb. Tezliklə generator işə düşüb və bir müddət sonra zalın işıqları tam bərpa olunub.

Qeyd edək ki, Azərbaycan Özbəkistana 3:5 hesabı ilə uduzaraq, gümüş medala sahib olub,/report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*