Məcburi köçkünlərin kvalifikasiyasına başlanıldıbackend

Məcburi köçkünlərin kvalifikasiyasına başlanıldı

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Təhsildə Keyfiyyət TəminatI Agentliyi (TKTA) ilə birgə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirilir.

Dövlət Komitəsindən KONKRET.az-a verilən məlumata görə, ilkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin əsas məqsədi böyük qayıdışda iştirak edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin edilməsidir.

Layihənin hədəf qrupu formal təhsil ala bilməmiş məcburi köçkünlərdir. Həmin şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*