Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini AÇIQLADI – FOTObackend

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini AÇIQLADI - FOTO

Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.

KONKRET.az-a Nazirlikdən bildirilib ki, həmin hədəflər aşağıdakılardır:

 

– Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması;

– Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi;

– Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı;

– Mədəni irsin qorunması, bərpası və inkişafı;

– Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası;

– “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi;

– Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi;

– Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi;

– COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*