Mədət Quliyev bu federasiyanın Prezidenti OLDU – YENİLƏNİBbackend

Mədət Quliyev bu federasiyanın Prezidenti OLDU - YENİLƏNİB

Azərbaycan Velosiped Federasiyasının yeni rəhbəri müəyyənləşib.

KONKRET.az xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev federasiyanın yeni prezidenti olub.

***

15:53

Bu gün Azərbaycan Velosiped Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

KONKRET.az xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev federasiya Prezidentliyinə əsas namizəddir.

Onun bugünkü seçkilərdə federasiya rəhbəri kimi təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının son Prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2011-ci ildən 2018-ci ilə qədər Federasiyaya rəhbərlik edib. Artıq 3 ildir ki, sözügedən post boşdur./qafqazinfo/

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*