Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıbbackend

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatıb. Bu müddət daha 3 il uzadılıb.

Beləliklə, bu gündən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*