Media subyektlərinin vergidən azad edilməsinin 5 il müddətinə artırılması təklif edildibackend

Media subyektlərinin vergidən azad edilməsinin 5 il müddətinə artırılması təklif edildi

Azərbaycanda media subyektlərinin vergidən azad edilməsinin 3 ildən 5 il müddətinə artırılması təklif edilib.

KONKRET.az xəbər verir ki, belə bir təkliflə bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Mahir Abbaszadə çıxış edib.

“Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi dövlət üçün 10 milyon manata başa gəlibsə, düşünürəm ki, 5 il müddətinə vergidən azad olunması medianın inkişafı üçün 15-16 milyon manat başa gəlməsi elə də yük olmayacaq”, – M.Abbaszadə bildirib.

Deputat hesab edir ki, vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması bu sahədə inkişafa təkan verəcək: “Mənə elə gəlir ki, bu da dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq. Bu sahədə addığımız addımlar gələcəkdə edilən güzəştlərin nəticələrini də göstərə bilər”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*