Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın İran əleyhinə zərbələrinə dair Donald Trampın narahatlıqlarına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, qeyd edib ki, ABŞ-ın zərbələri məqsədinə çatmayıb və bu hərəkəti qınayır.
Eyni zamanda, Medvedev vurğulayıb ki, Rusiya İrana nüvə başlıqları tədarük etməyəcək, çünki Rusiya nüvə silahlarının yayılmasının qarşısının alınması haqqında sazişin üzvüdür və İsraildən fərqli olaraq, bu sahədə beynəlxalq öhdəliklərə riayət edir.
“Əvvəlki paylaşımımda mən Rusiyadan yox, digər ölkələrdən bəhs edirdim. Digər dövlətlərin fərqli davranışı mümkündür — məhz bundan danışırdım,” – Medvedev bildirib.
Natiq Səlim,
KONKRET.az