“Məğlubiyyətdən sonra Ermənistanın və erməni xalqının alçaldılması internetdə davam edir. Google nədənsə GPS koordinat sistemi ilə Ermənistan ərazisini Azərbaycana “təhvil verir”.
KONKRET.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Avetik İşxanyan bildirib. Onun sözlərinə görə, artıq facebook sosial şəbəkəsi “Ermənistan-Artsax xəritəsini” qəbuledilməz məzmunlu mövzu kimi bloklayıb:
“Maraqlıdır ki, facebook erməni toponimlərini əks etdirən şərab etiketlərini, xəritələri və bir çox oxşar materialları uyğunsuz məzmun adı altında görmür. Əlbəttə ki, bütün bunlar müharibənin davamıdır, təbliğatdır, Türkiyə və Azərbaycanın da böyük pullar xərclədiyi bir təbliğatdır.
Bəs bizim, sözdə hökumətimiz, yüksək texnologiyalar və sənaye nazirimiz, “güclü, qabaqcıl” İT texnoloqlarımız hara baxır?
Bağışlayın, unutdum, heç biri Ermənistan, “Artsax”, Sünik və digər sərhəd bölgələrimizlə maraqlanmır. Onların hamısı yalnız “Artsax”ı təslim etmiş bütlərinin şıltaqlıqlarını təmin etməklə məşğuldur. Texnologiyalar və təbliğat yalnız müxalifət xadimlərini və onlara rəğbət bəsləməyən insanları nüfuzdan salmağa yönəlib.
Rəsmiyyə Şərifova,
KONKRET.az