“Məğlubiyyətlə həm özümüzə hörmətimizi, həm də özünüqoruma instinktimizi itirmişik” – Arşakyanbackend

“Məğlubiyyətlə həm özümüzə hörmətimizi, həm də özünüqoruma instinktimizi itirmişik” - Arşakyan

“Biz dəfələrlə görmüşük ki, Rusiya “Artsax”da yalnız öz maraqlarını güdür, oradakı erməni əhalinin təhlükəsizliyinə heç bir əhəmiyyət vermir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb.

Ermənistan niyə dekabrın 3-də Rusiya sülhməramlılarınn yerli əhalinin müdafiəsinə qalxacağını düşündü?

Arşakyan məqaləsində öz erməni xislətini büruzə verir  və guya Laçın dəhlizində yolu bağlayan azərbaycanlıların hüquq mühafizə orqanlarının əməkdaşları olduğunu diqqətə çatdırır: “Aydındır ki, onlar ekoloji fəallar yox, mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları olub. Burada əsas məqsəd isə “Artsax” sakinlərinə (əslində isə Qarabağdakı separatçı ermənilər nəzərdə tutulur – red) təzyiq göstərmək və son nəticədə onları Qarabağdan qovmaqdır.

HAŞİYƏ: Təbii ki, Azərbaycan tərəfi Qarabağın erməni əhalisini öz vətəndaşı hesab edir və onların təhlükəsizliyi və yaxşı yaşaması üçün əlindən gələni etməyə hazırdır. Rəsmi Bakı bunun ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Lakin söhbət oradakı erməni separatçılarından və təxribatçılarından gedirsə, Arşakyan burada haqlıdır: Azərbaycan ordusu öz ərazisində bir nəfər də erməni separatçısının qalmasına izn verməyəcək və onları ya xoşluqla, ya da hərb yolu ilə Qarabağdan qovacaq.

“Üç gündür ki, Ermənistanın siyasi meydanı bu xəbərlə qaynayır. Müxalifət günahı indiki hakimiyyətin üzərinə atır. Bu doğrudur, amma Koçaryan və Sarkisyanın da baş verənlərdə günahı az deyil. Əslində bu gün Ermənistan öz hakimiyyətinin səriştəsiz idarəçiliyinin bəhrəsini yaşayır. Odur ki, hakimiyyət təhlükəsizlik məsələsini sırf Rusiya sülhməramlılarının üzərinə qoyaraq sözün əsl mənasında özünü təmizə çıxarmağa çalışır” – Arşakyan vurğulayıb.

Daha sonra erməni analitik Paşinyan hakimiyyətini günahlandırmaqla fikirlərini davam etdirir: “Niyə İrəvan “Artsax” ermənilərini qorumaq üçün qəti addım atmadı? Niyə “Artsax Müdafiə Ordusu” (silahlı separatçılar nəzərdə tutulur – red) heç bir reaksiya vermədi? Yeri gəlmişkən separatçıların maliyyələşdirilməsinin Ermənistan tərəfindən həyata keçirildiyi heç kimə sirr deyil. İnsanda belə bir hiss yaranır ki, 44 günlük müharibədə məğlubiyyətlə həm özümüzə hörmətimizi, həm özünüqoruma instinktimizi, həm də cəsarətimizi itirmişik. Bəli, Ermənistan hökuməti bu məsələni Rusiya sülhməramlılarının üzərinə ataraq, “Artsax əhalisi”nin təhlükəsizliyini təmin etmək istəmir. Rusiya isə Qarabağda yalnız öz maraqlarını güdür və yerli əhalinin təhlükəsizliyi ilə maraqlanmır” – Arşakyan bildirib.

“Onlar vasitəçilik etməyiblər, əksinə, azərbaycanlı ekoloqları Xankəndidəki qərargahlarına gətiriblər. Üstəlik, Sergey Lavrov Ceyhun Bayramovla görüşdə açıq şəkildə bildirib ki, Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycan nümayəndələri ilə birlikdə öz məsuliyyət zonalarında ekoloji problemin həlli ilə məşğuldurlar. Yeri gəlmişkən, müharibə zamanı Şuşanı müdafiə etmək əvəzinə biabırçı şəkildə qaçan Ohanyanın etdiyi kimi azərbaycanlılara “təzyiq” göstərə bilərik. Ancaq düşmənin dayanmayacağı aydındır. Azərbaycanın məqsədi Qarabağla Ermənistanın əlaqəsini kəsməkdir və Gorus-Xankəndi magistralında baş verənlər sadəcə bir sınaq idi. Təəssüf ki, Ermənistanın hakimiyyəti, və müxalifəti bunu sakitcə həzm etdilər. Bəlkə, doğrudan da, Qarabağa artıq ehtiyacımız yoxdur? Görünür ki, bu, belədir. O zaman bu qədər qurban vermək nəyə lazım idi?  Bu, mənim yox, Anna Akopyanın sözləridir. Amma bu, məsələnin mahiyyətini dəyişmir” – deyə Tevos Arşakyan fikirlərini tamamlayıb.

HAŞİYƏ: Artıq Ermənistanın sadə vətəndaşından tutmuş, jurnalistinə və hökumət nümayəndələrinə qədər hər kəs ölkənin uçurumun dibində olduğunu yaxşı anlayır. Arşakyanın, “həm özümüzə hörmətimizi, həm özünüqoruma instinktimizi, həm də cəsarətimizi itirmişik” fikirləri bunu bir daha təsdiqləyir. Ermənistan hakimiyyəti və cəmiyyəti Qarabağın onlara məxsus olmadığını da artıq dərk etməyə başlayıb. Bunu həzm etmək isə sadəcə bir az zaman alacaq. Hər bir halda Azərbaycan ordusu öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmək üçün bütün mümkün vasitələrə əl atacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*