Məhbuslar aclığa başladılar – Evlərinə qayıda bilmirlərbackend

Məhbuslar aclığa başladılar - Evlərinə qayıda bilmirlər

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Mordoviya həbsxanalarından birində 24 Tacikistan vətəndaşı yenidən təcridxanaya göndərildiklərinə görə aclıq aksiyasına başlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tacikistan vətəndaşlarının məhbusluq müddəti bu ilin aprelində başa çatsa da, onlar koronavirus pandemiyası ilə əlaqəli sərhədlərin bağlanması səbəbindən evlərinə qayıda bilməyiblər. Həbsxana rəhbərliyi onları müvəqqəti saxlama təcridxanasına göndərmək məcburiyyətində qalıb.

Yenidən məhkum edilənlərdən biri və narkotik alverinə görə 9 il xidmət etmiş İlhomjon Zərifovun sözlərinə görə, aclıq aksiyası iki gün davam edir. İnsanlar yeməyə toxunmur və yalnız su içirlər.

“Biz Tacikistan və Rusiya hakimiyyətlərinin laqeydliyinə etiraz edirik. İstintaq təcridxanasındakı şərait həbsxanadakı vəziyyətdən çox pisdir. Həbsxana işçisini çağırıb yeməkdən imtina etdiyimizi söylədik və aclıq aksiyasına başladıq. Səfirliyə müraciət etmişik”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*