Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı – Əvəz Zeynallıdan sensasion iddia +VİDEObackend

Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı - Əvəz Zeynallıdan sensasion iddia +VİDEO

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb.
KONKRET.az Bakupost.az -a istinadən xəbər verir ki, o, Mehdiyev hakimiyyətdə olduğu dönəmdə Q.Mehdiyevanın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi“Hayastan” adlı təşkilatın yaradıldığını iddia edib:
“Qalina Mehdiyeva və Əli Həsənovun həyat yoldaşı Badamdarda tikdirdikləri villada ustaların yanında ermənicə danışırdılar. Mən bu barədə “Xural”da manşet vermişəm. Ustaların biri ağlaya-ağlaya “Xural”a gəlib dedi ki, Əvəz müəllim, biz hara gedirik? Bunun axırı nə olacaq? Mən o zaman yazdım, üstünə getdim. Məlum oldu ki, Qalina xanımın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi bir “Hayastan” təşkilatı var”.
Ə.Zeynallı “Hayastan” təşkilatının Bakıda adını dəyişmiş ermənilərin müxtəlif vəzifələrə yerləşdirilməsi işi ilə məşğul olduğunu da bildirib:
“Bəlkə qulaqlara bir az dəhşətli gələ bilər, amma mən bunu “Xural” qəzetində yazmışam. Öz aralarında ermənicə danışıblar, “Hayastan” təşkilatı qurublar. Həmin təşkilatın üzvlərindən biri də adını dəyişmiş erməni İrina Danyelyan idi, o, məni məhkəməyə vermişdi.

Məhkəmə də 24 apreldə – saxta erməni soyqırımı günü idi. O zaman sağ olsun, mənə informasiya dəstəyi verən zərərçəkən oğlan Arzu (bilmirəm, onun aqibəti necə oldu) o sənədin əslini çıxartdırıb mənə gətirmişdi. Biz o qadına sübut etdik ki, sən İradə Hüseynova yox, İrina Danyelyansan. O qız məhkəmədən başını götürüb getdi ki, siz bunu haradan bilirsiniz?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*