Məhəmməd Kekalov da qaçaqmalçılıq ittihamı ilə həbs edildibackend

Məhəmməd Kekalov da qaçaqmalçılıq ittihamı ilə həbs edildi

“Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*