“Bir bilsəz onu hansı sözlərlə əzizləyirəm. Hər kəs üçün öz anası ən gözəl və ən şirindir. Hətta bəzən onu dişləmək üçün özümü güclə saxlayıram”.
KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova anası polkovnik-leytenant Xatirə xanımla bağlı instaqram hesabında paylaşdığı postda yazıb.
Polis geyimində valideyni ilə avtomobilində çəkdiyi selfisini izləyiciləri ilə bölüşən ifaçı ona olan sevgisini bu sözlərlə ifadə edib:
“Bütün insani keyfiyyətləri – mərhəməti və qayğıkeş olmağı səndən öyrəndim. Ən güclü motivasiyam sənsən! Çox yaşa “mamiko”.(olay)