Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirildi, katib təyin olundubackend

Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirildi, katib təyin olundu

Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının avqustun 26-da ilk iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər.

F.Əhmədov Məhkəmə Ekspertizası Şurasının ölkədə məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun təmin edilməsi, sahə üzrə vahid standartların hazırlanması və tətbiqi, rəqəmsallaşmanın və şəffaflığın təmin edilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.

İclasda “Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinə dair iş qaydası”nın layihəsi müzakirə edilib. Həmçinin Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün Şuranın katibi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*