Məhkəmə jurnalist Arzu Sadayoğlunun apellyasiya şikayətini təmin etmədibackend

Məhkəmə jurnalist Arzu Sadayoğlunun apellyasiya şikayətini təmin etmədi

Gəncə Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən bloger-jurnalist Arzu Sadayoğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, bloger-jurnalist Arzu Sadayoğlu Mədəniyyət Nazirliyinin Tovuz rayon Mədəniyyət Mərkəzinin rəhbərini şantaj edərək ondan 6 min manat tələb edib. O, şikayət əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arzu Sadayoğlu 7 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan bloger-jurnalist apellyasiya şikayəti verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*