Məhkəmə məşhur aktyorla bağlı qərar verdi – FOTObackend

Məhkəmə məşhur aktyorla bağlı qərar verdi - FOTO

“Flash” teleserialının ulduzu Ezra Miller sərhədi pozduğuna görə 500 dollar cərimə və 90 günə qədər şərti cəzaya məhkum edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.

Hakim Millerin bir il müddətinə “inzibati sınaq”da olacağına qərar verib. Aktyor bundan uğurla keçərsə, onun cəzası yüngülləşdiriləcək.

Bildirilib ki, bu müddət ərzində Ezra Vermont İslah Departamentində qeydiyyatdan keçməli və hər ay yaşadığı Təftiş Müfəttişinə hesabat verməli olacaq.

Qeyd edək ki, aktyor soyğunçuluq və sərhədi pozmaqda ittiham olunub. 2022-ci il mayın 1-də Miller qonşusunun anbarına girərək cin, araq və rom oğurlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*