Məhkəmə Trampı öldürmək istəyən şəxsə ittiham irəli sürdübackend

Məhkəmə Trampı öldürmək istəyən şəxsə ittiham irəli sürdü

ABŞ məhkəməsi Donald Trampın həyatına sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rutu ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.

Mənbə qeyd edir ki, şübhəli şəxs odlu silahla bağlı iki maddə ilə ittiham olunub.

Nəşr xatırladır ki, Rayan Rut 2022-ci ildə Ukraynaya səfər edib. Elə həmin il o, onlarla postunda Ukraynaya dəstəyini ifadə edərək, döyüşdə ölməyə hazır olduğunu və “Kremli yandırıb-yaxacağını” demişdi.

2023-cü ildə o, özünü Ukrayna hökuməti üçün qeyri-rəsmi vasitəçi kimi təqdim edərək, ABŞ-ın Əfqanıstandakı veteranlarını Ukraynadakı müharibəyə cəlb etməyə çalışıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*