“Məhkəməyə verin, qoy, onlara dərs olsun” – Natiq Cəfərlidən “Trendyol” və “Temu” ilə bağlı ÇAĞIRIŞbackend

“Məhkəməyə verin, qoy, onlara dərs olsun” - Natiq Cəfərlidən “Trendyol” və “Temu” ilə bağlı ÇAĞIRIŞ

“Trendyol” və “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti, eləcə də çatdırılan məhsulların reklamda təqdim olunandan fərqli olması ilə bağlı narazılıqlar artır.

Onlayn ticarətdə bu kimi hallarla qarşılaşan alıcılar nə etməlidir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, belə hallarla qarşılaşanlar məhkəmələrə müraciət edərək keyfiyyətsiz məhsul göndərən şirkətdən kompensasiya ala bilərlər:

“Dünyada müştəri məmnuniyyəti deyilən anlayış var. Müştəri məmnun deyilsə, sifarişlər azalır və həmin şirkətin qazancı aşağı düşür. Əgər şikayətlər çoxdursa, müştərilər məhkəmələrə müraciət edib ciddi kompensasiyalar ala bilərlər. Bu da həmin şirkətlərə dərs olar”.

Onun sözlərinə görə, şikayət və məhkəmə işlərinin sayı artıqca, cərimə ödəməyə məcbur qalan şirkətlər ya bazardan çıxacaq, ya da öz fəaliyyətlərini yaxşı formada təşkil etməyə cəhd edəcək:

“Biznesin qaydası budur. Vətəndaşlar aktiv olsunlar. Belə problemlərlə qarşılaşanlar çəkinmədən məhkəmələrə müraciət etməlidirlər”.

Aygün Mirakif,

KONKRET.az

  • Asif
    Avqust 12, 2024 - 14:04

    Ətrafında gətirən çoxdur,hələ narazılıq edənə rast gəlməmişəm. Nədirsə Temu üçün torba tikirlər

  • Aftandil
    Avqust 12, 2024 - 15:41

    Ttentyola dələduz demək jeç ağlıma da gəlçəzdi.

  • Bozkurtlar diyarı
    Avqust 12, 2024 - 18:49

    Temu yaxşı deyil, amma Trendyoldan bir çox geyimlər gətizdirmişəm problem olmayıb, yəqin düzgün firma seçməyiblər

  • Temu Trendyol
    Avqust 12, 2024 - 18:57

    Yaman düşüblər ustlərinə. Mən hər ay cox yox 2-3 nəsə alıram. Hələ qiymət-keyfiyyətdə məyus olmamışam. İllərdir raziyam. Trendyoldan 50 manata aldigim TP-Link modemi Tap az və şəbəkə magazalarda 90 manatdan aşağı tapa bilmedim. Necə gündür belə xəbərlər var. Onlayn satış mağazalarına qarşı nəsə planlanır. Natiq də başda olmaqla bu plançun çalışırlar yaman.

  • Xumar
    Avqust 12, 2024 - 22:10

    Neçə dəfə temudan yuksek məbləğdə mal vurmuşam heç bir problem olmayıb inşallah da olmaz. Nədise Gözləri göturmur yenə bizimkilərin.

  • Casper
    Avqust 13, 2024 - 06:55

    Temu kankret sexshopdur. Milli mənəvi dəyərlərimizə zidd paylasim və reklamlar olan bir sirkətdir.

  • ×ShiraliTv×
    Avqust 17, 2024 - 10:00

    Biz temudan sifarisler veririk ve hec bir problemimiz olmayib. Onsuzda bazardaki mehsullar çinden gelir.

Casper üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*