Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı.
MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı.