Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi – FOTObackend

Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi - FOTO

Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

KONKRET.AZ “Ölkə.Az”a istinadla xəbər verir ki, bu barədə aktrisa özü “İnstagram” hesabında məlumat verib:

“Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*