Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
DİN-dən KONKRET.az-a bildirilib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, məhv edilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.