“Paşinyanın təklif etdiyi model ermənilərin maraqlarına ziddir və onlarən maraqlarının təslim olması ilə bağlıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan deyib.
Onun sözlərinə görə, nə qədər ki, Paşinyan Ermənistanda sükan arxasındadır, Azərbaycanın tələbləri sərhədsiz olacaq.
“Paşinyan üçün isə əsas odur ki, nəyin bahasına olursa olsun hakimiyyətini qoruyub saxlasın. Sabah Zəngəzura, sonra Qeqarkunikə eyni münasibəti göstərəcək. Bakı ilə sülh müqaviləsi imzalanandan sonra onun nə Qərbə, nə də Rusiyaya lazım olmayacağını anlayan Paşinyan bu prosesi ləngidir. Sülh müqaviləsi imzalandıqdan sonra hakimiyyəti əlində saxlamağa imkan verəcək model tapmağa çalışır. Hakimiyyətdə qalmağın modelini tapan kimi elə həmin gün sülh müqaviləsinə imza atacaq”, – deyə Kiviryan vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az