Meksika Prezidenti “arzuolunmaz şəxs“ elan edildibackend

Meksika Prezidenti “arzuolunmaz şəxs“ elan edildi

Peru Konqresinin Xarici Əlaqələr Komissiyası Meksika Prezidenti Andres Manuel Lopes Obradoru Peru hakimiyyətini tənqid etdiyinə görə “persona non qrata” elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə parlamentin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya Prezidenti Qustavo Petronu “persona non qrata” elan edib.

Bundan əvvəl Lopes Obrador Peru Prezidenti Dina Boluarteni “qəsbkar” adlandırıb və bir daha bəyan edib ki, Mexiko Sakit Okean Alyansına sədrliyi Limaya ötürməyəcək.

Meksika liderinin sözlərinə görə, keçmiş dövlət başçısı Pedro Kastilyo ədalətsiz olaraq vəzifəsindən uzaqlaşdırıldığı üçün Boluarte hakimiyyətə qanunsuz gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*