Meksika prezidenti Zelenskinin dəvətini rədd etdibackend

Meksika prezidenti Zelenskinin dəvətini rədd etdi

Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaum Ukrayna lideri Vladimir Zelenskinin dəvətini rədd edib və konstitusiyada təsbit olunmuş mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiq qalacağını bəyan edib.

KONKRET.az xəbər verir ki, Meksikada keçirilən prezident seçkilərində qalib gələn və oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq Klaudiya Şeynbaum mətbuat konfransında Ukraynaya getməyəcəyini bildirib.

Zelenskinin dəvəti ilə Ukraynaya gedib-getməyəcəyi ilə bağlı suala Şeynbaum belə cavab verib: “Mənim əsas vəzifəm Meksikanı idarə etməkdir. “Biz vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərə gedəcəyik, çünki bizim məsuliyyətimiz var”.

Meksikanın yeni lideri bəyan edib ki, o, konstitusiyada müəyyən edilmiş xarici siyasət xəttini davam etdirəcək, bu, xarici işlərə qarışmamaq və mübahisələrin sülh yolu ilə həllinə riayət etmək deməkdir.

Ötən həftə Meksikanın “Excelsior” qəzetinə verdiyi açıqlamada Zelenski Şeynbaumun andiçmə mərasiminə yüksək səviyyəli bir məmur göndərəcəyini vəd edib və Meksikanın yeni liderinin Ukraynaya rəsmi səfər edəcəyinə ümid etdiyini bildirib.

Şeynbaumun andiçmə mərasimi oktyabrın 1-də keçiriləcək. Meksika Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin mərasimə dəvət edildiyini açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*