Meksika sakinlərinə “Olaf” fırtınası ilə bağlı xəbərdarlıq edildibackend

Meksika sakinlərinə "Olaf" fırtınası ilə bağlı xəbərdarlıq edildi

Meksika sahillərində “Olaf” tropik fırtınası Saffir-Simpson şkalasının 1-ci kateqoriyalı qasırğasına qədər güclənib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Meksikanın qərbində yerləşən Cənubi Kaliforniyanın sakinlərinə qasırğa xəbərdarlığı elan edilib. Qarşıdakı 36 saat ərzində bölgədə güclü külək, fırtına dalğaları və güclü yağışlar gözlənilir.

Hazırda küləyin maksimal sürəti 33,3 m/s-dir. Qasırğa Kabo San Lukas şəhərinin, təxminən 250 km cənub-şərqindən 11 km/saat sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*