Meksikada yemək yarışmasında bir nəfər BOĞULDU – VİDEObackend

Meksikada yemək yarışmasında bir nəfər BOĞULDU - VİDEO

Meksikada bir nəfər yemək yarışması zamanı boğulub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Yucatan əyalətinin Tinum şəhərində keçirilən “Pozole” yarışması zamanı 48 yaşlı iştirakçı Huqo İsmael yemək yeyərkən qəfil pisləşib və yerə yıxılıb.

Digər yarışmaçılar dərhal onu xəstəxanaya çatdırıb. Xəstəxanada aparılan müayinə nəticəsində yarışmaçının öldüyü müəyyən edilib.

Hadisə şahidləri Huqo İsmaelin yarış zamanı boğulduğunu və ona ilkin tibbi yardım göstərilmədiyini bildirib.

Yucatan Əyalət Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*