Meksikanın tanınmış sənətçisi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə etdibackend

Meksikanın tanınmış sənətçisi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə etdi

Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciət yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən xəbər verilib.

Qeyd edilir ki, o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*