Məktəb avtobusu yük maşını ilə toqquşdu: 19 şagird öldübackend

Məktəb avtobusu yük maşını ilə toqquşdu: 19 şagird öldü

Cənubi Afrikanın KvaZulu-Natal əyalətinin Ponqola şəhəri yaxınlığındakı magistral yolda məktəb avtobusu yük maşını ilə toqquşub.

KONKRET.az AFP-yə istinadən xəbər verir ki, hadisə nəticədə 21 nəfər ölüb.

Bildirilib ki, ölənlərdən 19-u 5-12 yaşlı məktəblilərdir.

Polisin məlumatına görə, mikroavtobusu ötmək istəyən yük maşının sürücüsü idarəetməni itirib və məktəblilərin olduğu avtobusa çırpılıb. Qəzanı törədən şəxs hadisə yerindən qaçıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*