Məktəbdə ATIŞMA – 3 şagird yaralandıbackend

Məktəbdə ATIŞMA – 3 şagird yaralandı

Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma olub.

KONKRET.az xəbər verir ki, üç uşaq yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, atışma təxminən 800 şagirdin oxuduğu və 90-a yaxın işçinin çalışdığı Viertola məktəbində baş verib.

Polis bildirib ki, şübhəli şəxs saxlanılıb – onun 13 yaşı var.

“Birbaşa təhlükə keçdi” deyən məktəb direktoru hadisə ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Vantaa təxminən 240 min nəfər əhalisi olan Finlandiyanın dördüncü ən böyük şəhəridir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*